İtaliya Ukraynadakı böhranın həlli üçün 4 mərhələli plan təklif etdi

İtaliya Ukraynadakı böhranın həlli üçün 4 mərhələli plan təklif etdi, bu barədə Repubblica yazır.

Onun məlumatlarına görə, hökumət sarayının iştirakı ilə Xarici İşlər Nazirliyi tərəfindən tərtib edilmiş sənəd BMT baş katibinə təhvil verilib:

1. BMT-nin nəzarəti altında atəşkəs və toqquşmalar xəttinin ləğvi

2. Ukraynanın qısa müddətdə Avropa Birliyinə daxil olması və NATO-ya daxil olmadan neytral statusu

3. Ukrayna və Rusiya arasında beynəlxalq səviyyədə tanınmış sərhədlər üzərində münaqişələrin həlli üçün Donbass və Krımın "mübahisəli əraziləri" haqqında saziş

4. Avropada sülh və təhlükəsizlik üçün yeni çoxtərəfli müqavilə, silahlara nəzarət və münaqişələrin qarşısının alınmasını təmin etməlidir

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ