Taleh dörd ay əvvəl evləndiyi qızın atasını niyə öldürüb?

Xəbər verdiyimiz kimi, ötən gün Bakının Suraxanı rayonunda kürəkən qayınatasını bıçaqlayaraq qətlə yerib.

Buta.media xəbər verir ki, “Qafqazinfo” cinayət hadisəsi ilə bağlı bəzi məlumatları əldə edib.

Əldə etdiyimiz məlumata görə, qətli törətməkdə şübhəli bilinən 1987-ci il təvəllüdlü Taleh Heydərov qayınatası 1978-ci il təvəllüdlü Qabil Qənbərovla birgə tikintidə fəhlə işləyirmiş. Taleh 4 ay öncə hadisə nəticəsində ölən Qabil Qənbərovun qızı ilə evlənib. 

Yaxınları onların mehriban münasibətləri olduğunu bildiriblər. Bu səbəbdən belə bir hadisənin baş verməsi qohumların da təəccübünə səbəb olub.

Qeyd edək ki, ötən axşam Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən şübhəli şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilib. Qısa müddətdə Taleh Heydərovun yeri müəyyən edilib və o, cinayəti törədərkən istifadə etdiyi bıçaqla birlikdə tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İstintaq davam edir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ