Nikol satqındır: Niderlandda Paşinyanı “isti” qarşıladılar - VİDEO

Niderlandda erməni icmasının nümayəndələri ölkədə rəsmi səfərdə olan baş nazir Nikol Paşinyanı təhqiredici şüarlarla qarşılayıblar.

Buta.media-nın xəbərinə görə, bu barədə “Sputnik” yazır.

Sosial şəbəkələrdə yayılan kadrlarda görünür ki, Niderland rəsmiləri Paşinyanı hotelin qarşısında gözləyirlər. 

Nümayəndə heyəti gələn kimi ermənilər “Sənin polisin haradadır?”, “Satqın”, “Qatil“” şüarlarını qışqırıblar.

Erməni nümayəndələri maşından çıxmayıblar, Niderland tərəfi isə aksiyanın bitməyini gözləyib.

Paşinyan mehmanxanaya daxil olduqdan sonra da fəallar “Nikol satqındır” şüarlarını səsləndiriblər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ