Rus qoşunları “Azovstal”ı ələ keçirməyə çalışırlar, lakin bacarmırlar - Mariupol müdafiəçilərinın görüntüləri

Azovstal zavodu uğrunda döyüşlər iki aya yaxındır ki gedir. İndi zavod faktiki olaraq işğal olunmuş Mariupolda son müqavimət mərkəzidir. 

Aprelin sonunda Vladimir Putin hücumun dayandırılmasını əmr edib, lakin “Azovstal”ın müdafiəçiləri mütəmadi olaraq zavodu ələ keçirməyə cəhdlər barədə məlumat verirlər. Mayın əvvəlində mülki əhali ərazidən təxliyə edilib, mayın 8-də isə zavodu müdafiə edən Azov alayının döyüşçüləri “effektiv müdafiə üçün bütün resursları” sərf etdiklərini bildiriblər. 

İki gün sonra batalyonun teleqram-kanalında yaralı əsgərlərin fotoşəkilləri dərc edilib və “bütün sivil dünyadan” onların təxliyəsinə köməklik tələb edib: “Dünya Mariupolun yaralı, şikəst olmuş müdafiəçilərinin hansı şəraitdə olduğunu görməli və hərəkət etməlidir”..

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ