Ukrayna Avropaya qaz tranzitini qismən dayandırıb

Ukrayna Rusiya hərbçiləri tərəfindən Luqansk vilayətində ələ keçirilən "Soxranovka" stansiyası vasitəsilə qazın Avropaya tranzitini dayandırıb.

Bu barədə Ukraynanın GTS operatorunun mətbuat xidməti məlumat yayıb.

Şirkət fors-major vəziyyətin baş verdiyini açıqlayıb. Avropaya tranzitin demək olar ki, üçdə biri "Soxranovka" vasitəsilə reallaşır.

Belə ki, 11 may 2022-ci il saat 07:00-dan qovşaqdan qaz qəbul edilməyəcək.

Eyni zamanda, Ukrayna avropalı tərəfdaşlar qarşısında tranzit öhdəliklərini tam həcmdə və müqavilənin şərtlərinə uyğun yerinə yetirmək üçün tranzitin müvəqqəti başqa ərazidən həyata keçirilməsini düşünür.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ