Jurnalist Aytən Məmmədova bıçaqlı hücuma məruz qalıb

Jurnalist Aytən Məmmədova bıçaqlı hücuma məruz qalıb.

Buta.media-nın məlumatına görə, hadisə Binəqədi rayonu ərazisində baş verib.

Belə ki, jurnalistin tanımadığı şəxs ona yaşadığı binanın blokunda hücum edib. Bıçağı media nümayəndəsinin boğazına dirəyən şəxs, ondan adını çəkmədiyi məhkəmə işindən yazmamasını tələb edib.

Daxili İşlər Nazirliyi tərəfindən hadisə ilə bağlı araşdırma aparılır, jurnalistdən izahat alınıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ