Aparıcının efirdə Əhməd Cavadla bağlı sualı gündəm oldu - VİDEO

ARB-nin bu gün canlı yayımlanan “Xəbər-ətər” proqramında aparıcı Zümrüd Bədəlovanın sualı gündəm olub.

Buta.media xəbər verir ki, milli istiqlal şairimiz Əhməd Cavadın 130 illik yubileyi çərçivəsində təşkil olunan proqramın qonağı onun nəvəsi Anar Axundzadə olub.

Aparıcı Anar Axundzadəyə “Babanızı görmüsünüzmü” sualını ünvanlayıb. O isə təəccübünü gizlədə bilməyib və “Babam 37-ci ildə güllələnib” deyib.

Aparıcının məlumatsızlığı sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Həmin görüntüləri təqdim edirik:

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ