Modriç Azərbaycandan danışdı

"Əlbəttə, əvvəlcədən oyuna ciddi yanaşmasaq, Azərbaycan təhlükəli ola bilər. Bakıda qolsuz yekunlaşmış oyundakı rəqibi gözləyirəm. Amma ümid edirəm ki, bacardığımız oyunu ortaya qoyacağıq. Sabahkı oyunun uğurlu olacağını düşünürəm. İndi asan rəqib qalmayıb. Azərbaycan da istisna deyil".

 
Buta.media-nın Report-a istinadla verdiyi məlumata görə, bunu Xorvatiya yığmasının futbolçusu Luka Modriç Azərbaycan millisi ilə keçirəcəkləri 2020-ci il Avropa çempionatının seçmə qrup matçından əvvəl "Maksimir" stadionundakı mətbuat konfransında deyib. 
 
34 yaşlı yarımmüdafiəçi bildirib ki, rəqibin fərqi yoxdur: 
 
"Motivasiya hər zaman yüksək səviyyədə olur. Bununla bağlı problem yaşayacağımızı düşünmürəm. Rəqibimizi tam ciddiyə alırıq".

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ