Azərbaycan çempionatında futbolçular hakimi döydü - VİDEO

Regionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunu çərçivəsində Binə qəsəbə stadionunda keçirilən “Cəbrayıl” – “Energetik” matçında dava düşüb.

Buta.media xəbər verir ki, hadisə matçın son dəqiqələrində yaşanıb.

Belə ki, 0:0 hesabı ilə davam edən qarşılaşmada Mingəçevir təmsilçisinin futbolçuları baş hakimə etiraz ediblər, daha sonra referini döyüblər.

Bundan sonra fit sahibi qarşılaşmanı dayandırıb, oyun davam etməyib.

Qeyd edək ki, Mingəçevirdəki ilk oyun Cəbrayıl təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatmışdı.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ