Barışmağa razı sala bilmədiyim üçün öldürdüm - Arvadını parkda güllələyən Elvin

Xəbər verdiyimiz kimi, Türkiyədə azərbaycanlı kişi boşanmaq üzrə olduğu arvadını güllələyib.

Buta.media Qafqazinfo-ya istinadən xəbər verir ki, həyat yoldaşını öldürən Elvin Umayevin polis idarəsində verdiyi ifadəsi yayılıb.

“Həyat yoldaşım boşanmaq üçün məhkəməyə müraciət etmişdi. Uşaqlarımızı da mənə göstərmirdi. Onunla görüşüb danışmaq istəyirdim. Parkda görüşəndə barışmaq istəyimi bildirdim. O isə mənə mənfi cavab verdi. Onu barışmağa razı sala bilmədiyim üçün öldürdüm”, - E.Umayev ifadəsində bildirib.

Qeyd edək ki, 34 yaşlı Elvin Umayev həyat yoldaşı, 38 yaşlı Turanə Umayeva ilə uşaqlarının ona göstərilməməsinə görə mübahisə edib. Bu zaman əlini silaha atan Elvin belindən çıxardığı tapança ilə Turanənin başına atəş açıb. Qadın hadisə yerində ölüb. Həmin an təhlükəsizlik kamerası tərəfindən lentə alınıb.

Arvadını öldürən kişi polisə təslim olub.

Məlumata görə, E.Umayev 10 il əvvəl Azərbaycanda həbsxanaya düşüb, 4 ay öncə isə azadlığa çıxıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ