Taleh Kazımov AMB-nin İdarə Heyətinə üzv təyin edildi


Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinə yeni üzv təyin edilib.

Buta.media xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında Taleh Kazımovun Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında qərar layihəsi müzakirəyə çıxarılıb.

Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib. Komitə sədri Taleh Kazımovun iş təcrübəsi və peşə keyfiyyətləri barədə məlumatları deputatların diqqətinə çatdırıb. Onun ölkənin bank sistemindəki xidmətlərindən, əldə etdiyi nailiyyətlərdən bəhs edib.

Sonra məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ