Putin çıxılmaz vəziyyətdə: Niyə Rusiya lideri üçün geriyə yol yoxdur

Avropada müharibənin ruhu gəzir. Bir çox qərb KİV-i, siyasətçisi və eksperti hesab edir ki, Qərblə uğursuz danışıqlar Rusiyanın Ukraynaya hücumuna səbəb olacaq. Rusiyanın birbaşa hücumu barədə hətta ABŞ prezidenti Co Bayden bəyan edib.

Həqiqətən, hərbi eskalasiya mümkündür, nəzərə alsaq ki, Vladimir Putin Rusiyaya təhlükəsizlik barədə yazılı zəmanətin verilməyəcəyi təqdirdə Qərbi “hərbi-texniki cavabla” hədələyib. ABŞ və NATO isə belə zəmanətin vermək istəmədiklərini dəfələrlə bəyan ediblər.

Avstriyalı politoloq Qerhard Manqott hesab edir ki, Rusiya bu imtinaya müharibə ilə “cavab” verməyə məcbur deyil. 

Məsələn, RF Kalininqrad vilayətində və Belarusda nüvə silahı yerləşdirə bilər - misal üçün RS-26 qitələrarası ballistik raketi, 9M729 qanadlı raketi və ya “Sirkon” hipersəs raketi.

Bundan əlavə, Moskva Ukrayna infrastrukturuna, bank sisteminə və iri şirkətlərinə qarşı irimiqyaslı kiberhücum həyata keçirə bilər. Çünki, hərbi müdaxilədən fərqli olaraq kiberhücuma görə Rusiyaya qarşı maliyyə və iqtisadi sanksiyalar tətbiq olunmayacaq.

Putin üçün Ukraynaya hücum, şübhəsiz ki, böyük strateji səhv olacaq. Əlbəttə, bu gün Moskva 2014-cü ildən fərqli olaraq sanksiyalara daha yaxşı hazırdır, bununla belə, bu, RF üçün böyük iqtisadi zərbə olacaq. Son illər inflyasiyanın artdığı və əhalinin gəlirlərinin azaldığı bir vaxtda sosial problemlər daha dərinləşəcək,

İlk mərhələdə hərbi əməliyyatlar Rusiya cəmiyəytini birləşdirə və hazırki hökumətə dəstəyi gücləndirə bilər, lakin çox böyük risk var ki, zaman keçdikcə daha çox insan Qərbin sanksiyalarının səbəbi kimi Kremlin avantürasının görəcək. Bundan əlavə, Rusiyanın hücumu fonunda Qərb ölkələri Şərqi Avropada daimi əsasda NATO-nun hərbi kontinqentini yerləşdirə bilər – bununla da, 1997-ci ildə imzalanan NATO-Rusiya Təsis aktının üzərindən birdəfəlik xətt çəkiləcək.

Bütün baş verənlər fonunda Putin özünü çətin vəziyyətə salıb. Rusiya lideri artıq hərbi-texniki cavabla təhdid edib, və RF-in əsas tələblərini Qərb yerinə yetirmək niyyətində deyil. Bundan sonra belə vəziyyətdə Rusiya prezidenti ya simasını itirəcək, ya da güc tətbiq edəcək. 

Geriyə addım atmaq Rusiya hərbçilərinin gözündə Putinin nüfuzunu aşağı salacaq. Daha vacib məqam isə onun təhdidləri artıq ciddi qəbul olunmayacaq. Bundan əlavə Moskva əgər geriyə çəkilsə Qərb iddia edəcək ki, məhz onun strategiyası Ukraynaya hücumunun/ qarşısını aldı.

Putin bu vəziyyətdən çıxa bilərdi, əgər Rusiya tərəfi Qərbin təklif etdiyi məhdud güzəştləri qəbul etsəydi: orta məsafəli silahlar üzrə nəzarət, etimadın möhkəmlənməsi və şəffalığı ilə bağlı tədbirlər, Rusiya ilə NATO ölkələrinin sərhədyanı ərazilərinə nəzarət, həmçinin böhran vıziyyətlərində kommunikasiya kanalları.

Putin bu güzəştləri Rusiyanın qələbəsi kimi təqdim edə bilərdi – bu diplomatik addım ona nüfuzunu qorumağa imkan verəcəkdi. Lakin, o, başqa cür hərəkət etməyə qərar verdi. Sergey Lavrov bütün bunları “ikinci dərəcəli məsələlər” adlandırdı və bildirdi ki, Rusiya layihələri Qərbin müəyyən maddələrinin seçə biləcəyi menyu deyil – hər şey bütövlükdə müzakirə olunmalıdır.

Şübhəsiz ki, hazırki böhran üçün diplomatik həll tapmaq indi əsas məsələdir. NATO Polşa və Baltikyani ölkələr istisna olmaqla yeni potensial iştirakçı ölkələr üçün “açıq qapılar” prinsipinə sadiq qaldığını bildirir, eyni zamanda qurumdan qeyd edirlər ki, yaxın gələcəkdə Ukraynanı alyansa dəvət etmək niyyəti yoxdur. Əgər NATO-ya üzv ölkələrin əksəriyyəti bu mövqeyi dəstəkləyirsə, Rusiya isə NATO-nun genişlənəcəyindən narahatdırsa, niyə alyansa yeni ölkələrin qəbuluna 10 illik moratorium tətbiq edilmir. Bu deeskalasiyaya böyük töhfə olardı.
Qərbin təklif etdiyi digər güzəştlərlə yanaşı moratorium Ukraynaya ziyan verməyəcək həll ola bilər. Belə ki, onun NATO-ya üzv olması belə də gündəmdə deyildi.

Böhranın daha bir həlli kimi Fransa prezidenti Emmanuel Makronun Moskvaya səfəri zamanı səsləndirdiyi Ukrayna üçün “finləşdirmə” variantı hesab oluna bilər. Kiyev üçün bu o deməkdir ki, Ukrayna heç bir hərbi ittifaqa üzv ola bilməz, Moskvaya qarşı dost siyasət yürütməlidir və daxili işlərdə sərbəst ola bilər. Lakin bu həll hazırki Ukrayna establişmenti üçün qəbuledilməzdir.

Mənbə: Moskva Karnegi Mərkəzi

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ