Hidayət Heydərov qızıl medal qazandı

Azərbaycan cüdoçusu Hidayət Heydərov Təl-Əvivdə keçirilən “Böyük dəbilqə” turnirində qızıl medal qazanıb.

Buta.media xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində yarışa qatılan təmsilçimiz həlledici mərhələdə özbəkistanlı idmançı Obidxon Nomonovu məğlub edərək birinic yerə sahib çıxıb.

Qeyd edək ki, bundan əvvəl cüdoçumuz Yaşar Nəcəfov (66 kq) turnirin gümüş medalını qazanıb.

Ümumilikdə turnirə Azərbaycanın 9 cüdoçusu qatılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ