Azərbaycanı “Avroviziya”da Nadir Rüstəmli təmsil edəcək - O “Səs Azərbaycan”-nın qalibidir

Azərbaycanı “Avroviziya-2022” beynəlxalq mahnı müsabiqəsində “Səs Azərbaycan” vokal layihəsinin ikinci mövsümünün qalibi Nadir Rüstəmli təmsil edəcək.

Bu barədə İTV-nin səhər proqramında məlumat verilib.

Qeyd edək ki, N. Rüstəmli Azərbaycan Dövlət Turizm və Menecment Universitetinin məzunudur. Onun, həmçinin şəxsi biznesi var. İfaçı 2019-cu ildə Azərbaycanı “Youthvision” beynəlxalq mahnı müsabiqəsində təmsil edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ