İsveçrə “Avroviziya-2024”ün qalibi oldu - video

Bu gecə 68-ci “Avroviziya-2024” mahnı müsabiqəsinin qalibi müəyyənləşib.

İsveçrə təmsilçisi Nemo Mettler (Nemo) “The Code” mahnısı ilə 591 xal toplayaraq qalib olub.

İkinci və üçüncü pillələrdə isə müvafiq olaraq Xorvatiya (547) və Ukrayna (453) təmsilçiləri yer alıb.

Qeyd edək ki, mahnı müsabiqəsinin birinci yarımfinalı mayın 7-də, ikinci yarımfinalı isə 11-də keçirilib.

Birinci yarımfinalda mübarizəni dayandıran Azərbaycan təmsilçilər Fahree və İlkin Dövlətov “Özünlə apar” mahnısı ilə çıxış ediblər.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ