Pilotsuz təyyarələr Belqoroda hücum edib. Altı nəfər ölüb

Rusiyanın Belqorod vilayətində, Borisov rayonunun Beryozovka kəndi yaxınlığında pilotsuz təyyarələr müəssisələrdən birinin işçilərini daşıyan avtobusa və bir avtomobilə hücum edib. Bu barədə regionun rəhbəri Vyaçeslav Qladkov bildirib.

Ukraynanın pilotsuz təyyarəsinin zərbəsi nəticəsində altı nəfər ölüb, ikisi uşaq olmaqla 35 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

PUA-ların hücumuna məruz qalan avtobusun “Aqro-Belqorye” şirkətinə məxsus donuz fermasının işçilərini daşıdığını bildirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ