Tacikistan Xarici İşlər Nazirliyi Moskva vilayətində törədilən terror aktında respublika vətəndaşlarının iştirakı ilə bağlı məlumatları saxta adlandırıb. Bu barədə TASS məlumat yayıb.
Tacikistan XİN bəyan edib ki, Rusiya hakimiyyəti “Crocus City Hall”da törədilən terror aktında respublika vətəndaşlarının iştirakı ilə bağlı Düşənbə ilə əlaqə saxlamayıb.
Martın 22-də axşam “Crocus City Hall”da “Piknik” qrupunun konsertindən əvvəl atışma baş verib. Rusiya KİV-in məlumatına görə, “Crocus City Hall”da törədilən terror aktı nəticəsində ən azı 82 nəfər ölüb.
“Baza” Telegram kanalı hücum edənlər arasında Tacikistan vətəndaşlarının da olduğunu bildirib: Nəsridinov Mahmudrasul, İsmonov Rivojidin, Safolzoda Şoxinjon və Nəzərov Rüstəm. Qeyd olunub ki, terrorçuların idarə edə etdiyi ağ rəngli “Renault Symbol” avtomobili Bryansk vilayətinin Navlinski rayonunda saxlanılıb.