Azərbaycanlı Beyons üçün ayaqqabı dizayn etdi - FOTO

Azərbaycanlı dizayner Rüfət İsmayıl dünya şöhrətli müğənni Beyonse üçün ayaqqabı dizayn edib.

Buta.media-nın məlumatına görə, bunu Sputnik Azərbaycan-a İsmayıl özü xəbər verib.

Müğənni ailəsi ilə birlikdə ənənəvi Wearable Art Gala-da peyda olub və burada qonaqlarla jurnalistlərin diqqətini özünə cəlb edib.

Buna qədər Beyonse Rüfət İsmayılın 2019-cu ilin yaz-yay kolleksiyasından olan idman kostyumunda ortaya çıxmışdı.

Beyonse RB stilində oxuyan amerikalı müğənni, aktrisa, rəqqasə və musiqi prodüseridir. Özünün bütün musiqi karyerası boyunca 52 nominasiyada qalib olub və 20 Grammy mükafatı qazanıb. İlk mükafatını 19 yaşında alıb. 2017-ci ildə Billboard's-un "2016-cı ilin ən çox qazanan musiqiçisi" reytinqində birinci yeri tutub. Nəşrin məlumatına görə, müğənninin illik gəliri 62,1 milyon dollar olub.

Rüfət İsmayıl "Affair" brendinin yaradıcısıdr. Onun nümayişləri Milan, Florensiya, Tehran və digər şəhərlərdə baş tutub. O, hazırladığı geyimlərə görə "Türkiyənin ən yaxşı dizayneri" adına layiq görülüb. İsmayılın kolleksiyası, həmçinin Məkkədə dünyanın ən məşhur moda sənayesi öncülü olan "Pitti Uomo"da nümayiş etdirilib. "Fashion TV" kanalı onu 2018-ci ildə Avropanın ən yaxşı dizayneri adlandırıb. Onun hazırladığı geyimləri Beyons, Cenifer Lopes, Avril Lavin və digər dünya ulduzları geyinirlər.

Rüfət İsmayıl bu yaxınlarda Azərbaycanı Nyu-Yorkda keçirilən moda həftəsində uğurla təmsil edib. O, hal-hazırda Azərbaycanın xalq artisti Aygün Kazımovanın da dizayneridir.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ