Azərbaycan atleti Avropa çempionu oldu - VİDEO

Azərbaycan atleti Nazim Babayev Şotlandiyanın Qlazqo şəhərində keçirilən 35-ci qış Avropa çempionatında qızıl medal qazanıb.

N. Babayev üç təkanla tullanma yarışında birincilik əldə edib. 

İdmançımız finalda 17,29 metr məsafəyə tullanaraq, şəxsi rekordunu da yeniləyib.

Yarışda ikinci yeri portuqaliyalı olimpiya çempionu Nelson Evoranı, üçüncü yeri isə almaniyalı Maks Heb tutub.

Qeyd edək ki, Nazim Babayev karyerasında ilk dəfə böyüklər arasında Avropa çempionu olub.  O 2014-cü ildə keçirilən Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb. O, 2015-ci ildə Azərbaycan idmanının inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif edilib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ