Tofiq Musayevlə Həsən Əzizov barışdı - video

Azərbaycan MMA və Qrapplinq Federasiyasının baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri Tofiq Musayev, Xəzər Rüstəmov, Vüqar Kərəmov, Mehman Məmmədov və Rüfət Əsədov tərəfindən döyülən veteran idmançı Həsən Əzizov barışıq ərizəsi yazıb.

Bakupost.az xəbər verir ki, təqsirləndirilən şəxslər Həsən Əzizovun üzvü olduğu Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporuna müraciət ediblər. Təşkilat rəhbərliyinin məsələyə müdaxiləsindən sonra tərəflər arasında barışıq əldə olunub.

Məsələ ilə bağlı danışan Tofiq Musayev aralarında böyük problem olmadığını bildirib: 

“Həsən Əzizovun müsahibəsindən sonra məsələ böyüdü. Bizi özümüz də valideynik və orada yaranan mübahisə uşağın yanında olmayıb. Çünki elə tərbiyə almamışıq ki, hansısa uşağın yanında valideyninə əl ataq, dava edək. Sadəcə bizim idman növü kənardan sərt görünür və cəmiyyət buna fərqli yanaşır. Aramızda olan anlaşılmazlıqdan yaranan problem olub və hazırda məsələ həll olunub, barışıq əldə etmişik”.

Qeyd edək ki, idmançılar arasında dava bir neçə ay əvvəl Dəniz Mall-da baş verib. Həsən Əzizov “Rizin” Döyüş Federasiyasının paytaxtda təşkil etdiyi turnirlə bağlı şou mərasimi zamanı döyülüb. Mərasimə 4 yaşlı uşağı ilə qatılan idmançı MMA və Qrapplinq Federasiyasının baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri Tofiq Musayev, Xəzər Rüstəmov, Vüqar Kərəmov, Mehman Məmmədov və Rüfət Əsədovun hücumuna məruz qalıb. Onlar döydükdən sonra onu paltardəyişmə otağına apararaq idman karyerasını sonlandırmaq üçün şəxsiyyətini alçatmaq istəyiblər. Buna səbəb Həsən Əzizovun idman yarışına xaricdən idmançı dəvət etməsi olub. Onlar qrup halında köməksiz vəziyyətdə H.Əzizovdan bu sahədən çəkilməsini tələb ediblər, əks təqdirdə onu daha ağır hadisələrin gözlədiyi barədə xəbərdarlıq ediblər.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ