Azərbaycanın ən gözəl qızı “İlin modeli” seçildi - FOTO

“Azərbaycan gözəli-2019” müsabiqəsində qalib gələn Melisa Nuriyeva Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən mühüm layihədə daha bir əhəmiyyətli mükafata sahib olub.

Buta.media-nın məlumatına görə, Oxu.Az xəbər verir ki, “Melisa “Brand of Azerbaijan Awards - 2019” mükafatlandırma gecəsində “İlin modeli” nominasiyasına layiq görülüb.

Nuriyeva yarışmadan olan fotoları şəxsi “Instagram” hesabında izləyiciləri ilə bölüşüb. 

Mükafat mərasimində məşhur sənətçilər, aktyorlar, ifaçılar, moda dizayneri və müxtəlif sahələrdən olan digər şəxslər iştirak ediblər.

Qeyd edək ki,  Melisa Nuriyeva Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur. O, xaricdə bir çox beynəlxalq gözəllik müsabiqələrində iştirak edib. Melisanın bir neçə ay öncə “Azərbaycan gözəli-2019” milli model yarışmasında birincilik əldə etməsi qalmaqala səbəb olmuşdu. Sosial şəbəkə izləyiciləri onun qalibiyyəti saxta yolla əldə etdiyini və bu ada layiq olmadığını yazmışdılar.  

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ