Azərbaycan akrobatlardan Avropa çempionatında yüksək nəticə

Azərbaycanın "Aero dance" üzrə böyüklərdən ibarət komandası Bakıda keçirilən akrobatika üzrə Avropa çempionatında qızıl medal qazanıb.

Buta.media xəbər verir ki, "Report"un məlumatına görə, tərkibi Ayxan Əhmədli, Balaxanım Əhmədova, Nərminə Hüseynova, Nigar İbrahimbəyli, İmran İmranov, Akif Kərimli, Elçin Məmmədov və Mədinə Mustafayevadan ibarət kollektiv finalda 17,800 bal toplayıb.

Qeyd edək ki, Avropa çempionatında 22 ölkədən 333 gimnast çıxış edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ