Britaniya kraliçası Bakı küçələrində nə gəzir? - VİDEO

Bakı küçələrində UEFA Avropa Liqasının final matçına həsr olunmuş rəngarəng parad keçirilir. 

Buta.media Spitnik-ə istinadən xəbər verir ki, bu paradda kimi istəsəniz tapmaq olar – İngiltərə kraliçası II Yelizaveta, “Bitlz” qrupunun üzvləri, Çarli Çaplin, Freddi Merküri, Harri Potter filminin qəhrəmanları və daha kimlər, kimlər...

Onlarla şəkil çəkdirmək istəyən kim, həmsöhbət olmaq istəyən kim, hətta onlara toxunmağı belə arzu edənlər kim. Deyə bilərik ki, bu cür parad Bakı əhlinin ürəyincə olub. Bu paradlar hər gün mayın 29-una qədər davam edəcək.

Qeyd edək ki, UEFA Avropa Liqasının final oyunu iki İngiltərə klubu “Arsenal” və “Çelsi” komandaları arasında Bakı Olimpiya Stadionunda 29 may tarixində keçiriləcək.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ