Məsut Özil azərbaycanlı azarkeşlərə səsləndi: Qardaşlarım, biz bunu etdik

İngiltərənin "Arsenal" klubunun futbolçusu Mesut Özil Bakıda "Çelsi" ilə keçirəcəkləri Avropa Liqasının final matçından əvvəl azərbaycanlı azarkeşlərə müraciət edib. 

Buta.media-nın məlumatına görə, türkəsilli yarımmüdafiəçi "Twitter" hesabında finala bir həftənin qaldığını xatırladıb.

"Azərbaycanlı qardaşlarım, biz bunu etdik, finaldayıq. Bakıda görüşənədək" yazan Özil 2018-ci il oktyabrın 4-də "Qarabağ"la Bakı Olimpiya Stadionunda keçirdikləri Avropa Liqasının qrup mərhələsinin II tur oyunundan və paytaxt gəzintisindən fotolarını paylaşıb. 

Qeyd edək ki, final matçı mayın 29-da eyni arenada təşkil olunacaq. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ