Erməni futbolçunun Bakıda 6 min "üzü": "Arsenal"-ın azərkeşlərinin planı - FOTO

"Arsenal" futbol klubunun Nigeriyalı fan qrupu "Canon Crested" erməni futbolçu Genrix Mxitaryanın maskalarını gətirib Bakıya gedən bütün azərkeşlərə paylamaq təklif edib.

Buta.media məlumat verir ki, "Arsenal"ın azərkəşlərinə 6 000 bilet ayrılıb. 

Afrikalı pərəstişkarları, Mxitaryan Bakıya getməsə maskaları taxmağa çağırır. Onlar 7 ci və 77ci dəqiqələrdə bununla bağlı flaşmob keçirməyi təklif edirlər, çünki erməni 
"Arsenal" 7-ci nömrədir.

Qeyd edək ki, Britaniyanın “The Times” nəşri yazmışdır ki, "Arsenal" futbol klubu erməni yarımmüdafiəçisi Genrix Mxitaryanı evdə qoyaraq Avropa Liqasının Bakıda keçiriləcək final oyununa onsuz gəlməyə hazırlaşır.

“The Guardian” bildirib ki, ötən həftə “Arsenal” UEFA-dan Azərbaycanla Ermənistan arasında davam edən siyasi gərginlik səbəbindən Mxitaryan üçün əlavə təhlükəsizlik zəmanəti tələb etmişdi. Danışıqlar davam edir. “Arsenal”ın qərarı gələn həftənin əvvəlindən gec olmayaraq elan ediləcək, lakin “topçular”ın cərgəsində bu məsələyə nikbin yanaşılmır. Həm klub, həm də oyunçu pərişandırlar”.

Xatırladaq ki, dünən məlum olduğuna görə, “Arsenal” UEFA-dan “komandanın Bakıda hərəkəyi zamanı, həmçinin oyunçuların yaşayacağı otelon ətrafında asayiş keşikçilərinin sayının artırılmasını tələb edib ki, Mxitaryan sərbəst hərəkət edə bilsin”.

Bununla birgə, AFFA, Azərbaycan Xarici İşlər Nazirliyi və Gənclər və İdman Nazirliyi dövlətin adından çıxış edərək, finalın bütün iştirakçılarına, o cümlədən Mxitaryana təhlükəsizlik zəmanəti veriblər. (haqqin.az)

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ