Türkiyə Daxili İşlər Nazirliyi Mühafizə Baş İdarəsinə terror hücumu olub.
CNN Türk xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya bildirib.
O bildirib ki, terrorçulardan biri özünü partladıb, digəri isə zərərsizləşdirilib.
Məlumata görə, 2 polis əməkdaşı yüngül xəsarət alıb.