Zakir Həsənov antiterror tədbirlərinin nəticələrindən danışdı

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı bütün istiqamətlər üzrə hərbi uğurlar qazanıldığını açıqlayıb.

Z.Həsənov bu barədə sentyabrın 21-də Türkiyənin milli müdafiə naziri Yaşar Gülerlə telefon danışığı zamanı bildirib.

Z.Həsənov Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı qısa müddət ərzində bütün istiqamətlər üzrə əldə edilən hərbi uğurlardan danışıb.

Müdafiə naziri antiterror tədbirləri zamanı hərbçilərimizin qəhrəmanlıq, şücaət və peşəkarlığının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən yüksək qiymətləndirildiyini xüsusi vurğulayıb.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ