Mahir atasının yeni sevgilsi tapmasına belə reaksiya verdi - FOTO

"Qarabağ”ın futbolçusu Mahir Mədətov son paylaşımı ilə diqqət çəkib.

Buta.media-nın məlumatına görə, Mahir sosial şəbəkə hesabında "Səbail" ilə matçda qol vurduqdan sonra çəkilən fotosunu paylaşıb.

Fotoda diqqətçəkən maraqlı məqam odur ki, hücumçu formasının üzərində “Madatov” yazılmış hissəni “Mahir”lə əvəz edib. Beləliklə, Mahir “Mədətov” soyadından imtina etməsi ilə bağlı yayılan xəbərləri təsdiq edib.

Qeyd edək ki, futbolçunun atası Anar Mədətov oğlunun soyadından imtina etməsi xəbərlərini təkzib etmişdi.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ