Azərbaycanlıların istifadə etdiyi hava limanında 13 nəfər diri-diri yandı - YENİLƏNİB + VİDEO

“Aeroflot” aviaşirkətinə məxsus “Superjet” tipli sərnişin təyyarəsinin Moskvanın “Şeremetyevo” hava limanına qəza enişi zamanı 13 nəfər həyatını itirib.

Buta.media xəbər verir ki, bu barədə tibb işçilərinə istinadən TASS məlumat yayıb.

20:31

Moskvanın “Şeremetovo” hava limanında sərnişin təyyarəsi yanıb.

Buta.media-nın məlumatına görə, bu barədə Meduza xəbər verir.

Kanalın məlumatına görə, təyyarə Moskva-Murmansk reysini həyata keçirirmiş. 

İlkin məlumatlara görə, 10 nəfər həlak olub. 

Hadisə yerinə yanğınsöndürən briqadalar cəlb olunub. Hava limanı müvəqqəti olaraq uçuş və enişlər üçün bağlanıb.

Qeyd edək ki, “Şeremetovo” hava limanı azərbaycanlılar arasında ən çox istifadə edilən hava limanlardan biridir.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ