Bayker öz ölümünü çəkdi - VİDEO

Tailandlı bayker ömrünün son anlarını videoya çəkib. 

Buta.media-nın məlumatına görə, bu anları əks etdirən video sosial şəbəkələrdə paylaşılıb.

Videogörüntüdə baykerin dostları ilə yarışa çıxdığı görünür. Baykerin dəbilqəsinə quraşdırılmış kamera onun sürəti necə artırdığını çəkib. Saatda 260 kilometr sürətlə hərəkət edən bayker sonradan sürəti azaldıb qəzadan qurtulmaq istəsə də, deyəsən idarəetməni itirib. Qəza zamanı bayker yerindəcə dünyaslnı dəyişib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ