Sirkdə dəhşətli faciə: İlan gənci tamaşaçıların gözü qarşısında boğdu - VİDEO

Rusiyada sirkdə çıxışı zamanı artisti ilan boğub.

Buta.media-nın Life.ru-ya istinadən məlumatına görə, hadisənin videosu sosial şəbəkələrdə yerləşdirilib.

Qeyd edilir ki, insident Dağıstanda baş verib.

Kadrlarda da görünür ki, gənc oğlan çıxışı zamanı ilanı əvvəlcə çiyninə qoyur, sonra boğazına dolmağa başlayır. Artist qəfildən yerə yıxılır və əsməyə başlayır. 

Tamaşaçılar isə bunun çıxsın bir hissəsi kimi qəbul edirlər.

Sonradan gəncin köməyinə nəzarətçilər gəlir və ilanı onun boğazından açırlar.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ