Türkiyədə ağır yol qəzası: 7 ölü, 30 yaralı var - FOTO

Türkiyənin Tokat şəhərində ağır yol qəzası baş verib. 

Buta.media "Hurriyet"ə istinadən xəbər verir ki, hadisə Rəşadiyə rayonunda qeydə alınıb. 

Belə ki, Güvəndik kəndindəki yas mərasimindən qayıdan şəxsləri daşıyan avtobus aşıb. Nəticədə 7 nəfər ölüb, 30-ü isə xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ