Bakıda “Formula 2”də zəncirvari qəza - VİDEO

Bakıda “Formula 2” üzrə ikinci yarışda zəncirvari qəza baş verib.

Buta.media Oxu.Az xəbər verir ki, döngədə üç bolid toqquşub.

Nəticədə Ralf Boşunq (“Trident”), Lui Deletraz (“Karlin”) və Tatyana Kalderon (“BWT Arden”) mübarizəni dayandırmalı olub.

Qeyd edək ki, Tatyana Kalderon yarışın yeganə qadın iştirakçısıdır.

Bir müddət sonra “Triden”in pilotu Culian Alezi də qəza səbəbindən mübarizəni dayandırıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ