Azərbaycan çempionatında kuryoz qol - VİDEO

Futbol üzrə Azərbaycan Premyer Liqasında 26-cı turu çərçivəsində keçirilən “Zirə”-“Qarabağ” matçında kuryoz qol qeydə alınıb.

Buta.media xəbər verir ki, matçın 20-ci dəqiqəsində meydan sahiblərinin qapıçısı biabırçı səhvə yol verib. 

Qapıçı Abdulla Seyidəhmədov rəqib oyunçu Dani Kintananın cərimə meydançasına ötürdüyü topu tuta bilməyib və top onun ayaqları arasında qapıya daxil olub. 

Qeyd edək ki, matç “Qarabağ”ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ