Bakıda qadını zorla maşına mindirən qohumları onu döyüblər - foto

Xəbər verdiyimiz kimi, 2 gün əvvəl Bakıda qadının zorla avtomobilə mindirilməsini əks etdirən görüntülər yayılmışdı.

Hadisə ilə bağlı sosial şəbəkələrdə yeni məlumatlar paylaşılıb. İddia olunub ki, qadın atasından daimi şiddət gördüyü üçün evlənib. Lakin evləndikdən sonra da qayınanası və ərindən də mütəmadi şiddət görüb. Elə buna görə də ayrılmaq qərarına gəlib, boşanmaq üçün məhkəməyə müraciət edib. Bu qərarından sonra uşağı əlindən alınıb.

2 gün öncə yayılan görüntülərdə də elə qadının əri, atası və qayınanası xanımı boşanma fikirindən daşındırmaq üçün zorla maşına mindirdiyi öz əksini tapıb. Hadisə ilə bağlı video yayılandan sonra sosial şəbəkələrdə qadının şiddətə məruz qaldığını sübut edən fotolar paylaşılmağa başlayıb. 

Sözügedən video yayılan gün isə DİN-in Mətbuat xidmətindən verilən açıqlamada qadına qarşı zorakılıq edən şəxslərin saxlanıldığı qeyd olunub. Bu gün yayılan iddialara əsasən isə həmin şəxslərin qısa müddət sonra sərbəst buraxılıblar. DİN-nin Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev “Qafqazinfo”ya bildirib ki, faktla bağlı müvafiq polis şöbəsində araşdırma aparılıb. Xanımın təhlükəsizliyi təmin edilib və ekspertiza təyin olunub. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ