Paris Notr-Dam кilsəsi yandı - VİDEO

Fransa paytaxtında yerləşən XII əsrə aid Paris Notr-Dam kilsəsinda (Notr-Dam de Pari) yanğın baş verib.

Buta.media xəbər verir ki, tüstü və yanğın kilsənin damından başlayıb.

Yanğın nəticəsində kilsə üzərindəki uzun qüllənin bir hissəsi aşıb, həmçinin məbədin saatı yanaraq məhv olub.

Yanğının səbəbi hələ ki, məlum deyil.

Hazırda Avropanın ən çox turist gələn bu tarixi abidəsinin məhz yanan hissəsində təmir işləri gedir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ