Emin keçmiş həyat yoldaşı ilə münasibətlərinə aydınlıq gətirdi

İş adamı və musiqiçi Emin Ağalarov Rusiyanın “Hello!” nəşrinə müsahibə verib.

Müxbir Emindən avqust ayında 2021-ci il münasibətlərini bərpa etdiyi keçmiş həyat yoldaşı Alyona Qavrilovanı ad günü münasibətilə Instaqramda “Mənim sevgim” yazısı ilə şəkli yerləşdirərək təbrik etməsindən maraqlanıb.

“Bundan əvvəl belə açıq etiraflara diqqət yetirmirdiniz. Bu addımı atmağa sizi nə vadar edib?”

“Düzünü desəm, bu barədə heç düşünməmişəm. Son vaxtlar mətbuatda çoxlu spekulyasiyalar gedir, biz birlikdə deyilik. Sadəcə, mənə elə gəldi ki, onu bu şəkildə təbrik etsəm, məmnun olar. Bunun heç bir gizli motivi yoxdur”, - deyə E.Ağalarov cavab verib.

Emin Ağalarov təbriklərinə cavab olaraq internetdə 10 karatlıq qiymətli daşlı üzük şəklini paylaşan Alyona Qavrilovaya yenidən evlilik təklifi etməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib: 

“Mən təklif etməmişəm və bu üzüklə heç bir əlaqəm yoxdur. Deyəsən, ümumiyyətlə, həmin foto zərgərlik brendi ilə əməkdaşlıq çərçivəsində çəkilib. Ad günündə isə ona boyunbağı hədiyyə etdim. Onun hədiyyələrlə arası yaxşıdır, narahat olmayın”.

İş adamı pasportdakı möhürün həqiqətən nəyisə dəyişib-dəyişdirməməsi sualını da cavablandırıb:

“Bizim halda bu asan mövzu deyil, çünki toyun özü, ailəmin bəzi üzvlərinin bu hadisəyə münasibəti bir çox çətinliklərlə bağlı idi. Bundan sonra nə olacaq, indi deyə bilmərəm, çünki bu məsələdə hər iki tərəfin fikri və hissləri önəmlidir. Münasibətlərin rəsmiləşməsinə tamamilə sakit yanaşıram. Deyək ki, bu məni qorxutmur”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ