Şirvan şəhər sakini 28 yaşlı Camalə Qənbərova həyat yoldaşı tərəfindən qətlə yetirilib.
Bu barədə Şirvan Şəhər Prokurorluğunun məlumatında deyilir.
Hadisə iyulun 29-d gecə saat 01:00 radələrində baş verib.
Aparılan ilkin araşdırmalarla zərərçəkmişin əri, 1992-ci il təvəllüdlü Kəmaləddin Qənbərovun şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı azyaşlı oğlunun gözləri qarşısında bıçaqla Camalə Qənbərovaya çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Kəmaləddin Qənbərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.