Külli miqdarda rüşvət alma ittihamı ilə həbs edilən yazıçı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq aparat rəhbəri Əjdər Cəbiyevin (Əjdər Ol) məhkəməsi yekunlaşıb.
Buta.media Qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Əjdər Ol qulluq mövqeyindən istifadə edərək külli miqdarda dövlət vəsaitini mənimsəməkdə ittiham edilib.
O, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovla əlbir olaraq 600 min manata yaxın pulu rüşvət və mənimsəmə yolu ilə ələ keçirməkdə təqsirli bilinib.