Dərsdən qayıdan şagird bıçaqlanıb

Şəmkir rayonunda məktəbli bıçaqlanıb.

“Qafqazinfo” xəbər verir ki, rayonun Abbaslı kəndində 7-ci sinif şagirdi olan 2010-cu il təvəllüdlü oğlan bıçaq xəsarəti alıb və xəstəxanaya yerləşdirilib.

Bildirilib ki, hadisə martın 27-də yeniyetmə dərsdən çıxıb evə qayıdarkən baş verib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov sorğumuza cavab olaraq bildirib ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs artıq müəyyən edilib: “Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ü. Mehdiyev şübhəli şəxs qismində saxlanılıb. Araşdırmalar davam etdirilir”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ