Sumqayıtda 16 yaşlı oğlan anasını öldürdü

Sumqayıt şəhəri Corat qəsəbəsində yeniyetmə anasını öldürüb qardaşına xəsarət yetirib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, 37 yaşlı yaşlı Zülfüqarova Günay Əhməd qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi və 11 yaşlı oğlunun xasarət alması barədə polisə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən anasını kəsici alətlə qətlə, qardaşına xəsarət yetirməkdə şübhəli bilinən 16 yaşlı Ə.Z saxlanılaraq istintaqa təhvil verilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ