Növbəti il bu avtomobillərin idxalı qadağan ediləcək: Qiymətlər artacaq

“Gələn ildən 2014-cü il istehsalı olan avtomobillərin də ölkəyə idxalı məhdudlaşdırılacaq”.

Bunu “Trend”ə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

O bildirib ki, avtomobillərin istehsal tarixinə görə Azərbaycana idxalının məhdudlaşdırılması Nazirlər Kabinetinin 29 mart 2023-cü il tarixli 94 saylı qərarına əsasən həyata keçirilir.

“Həmin qərarın 2-ci bəndinə əsasən, istehsal ili 10 ildən çox olan avtomobillərin Azərbaycana idxalı məhdudlaşdırılıb. Məsələn, artıq 2024-cü ildə də istehsal ili 2014 və ya əvvəlki illərdə olan avtomobillərin ölkəyə idxalı məhdudlaşdırılacaq.

Bu, 10 il müddətini əhatə etdiyinə görə növbəti illərdə də qərarın icrası həyata keçiriləcək. Ona görə də biz praktiki olaraq növbəti illərdə də Azərbaycana gətirilən avtomobillərin məhdudlaşma ilinin artacağını müşahidə edəcəyik. Məsələn 2015-ci ildə də istehsal edilən avtomobillərin idxalı 2025-ci ildə məhdudlaşdırılacaq. Gözlənilir ki, avtomobil parkında köhnə avtomobillərin payının azalması müşahidə olunacaq”, - deyə V.Bayramov deyib.

Onun sözlərinə görə, bu, maşın bazarının strukturuna da təsir göstərir.

“Bazarda da ili nisbətən köhnə olan avtomobillərin sayında azalmalar müşahidə olunacaq. Ancaq bütövlükdə biz 2023-cü ilin geridə qalan aylarında avtomobil bazarında qiymət artımlarını müşahidə etdik. Köhnə avtomobillər üzrə qiymət artımlarının davam edəcəyi gözlənilir”, - deyə o əlavə edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ