Sevgilisi tərəfindən döyülən kikboksçu qızın görüntüləri yayıldı - video

Bakıda sevgilisi tərəfindən döyüldüyünü iddia edən tanınmış kikboksçu Tulin Ələkbərovanın görüntüləri yayılıb.

İdmançı bu barədə öz “Instagram” hesabında video paylaşıb.

Bundan əlavə idmançı sevgilisi tərəfindən döyüldüyü yerdən də görüntülər dərc edib.

Xatırladaq ki, Tulin Ələkbərovanın iddiasına görə, hadisə dekabr ayının 27-si, səhər saatlarında yarımtikili ərazidə baş verib.

Sevgilisi Sübhanın ona xəyanət etdiyini öyrənən T.Ələkbərova danışmaq üçün onu çağırıb.  

Nəticədə aralarında mübahisə yaranıb. Tulin Ələkbərova iddia edir ki, zərbələr nəticəsində çoxsaylı bədən xəsarətləri alıb.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ