“Fənərbaxça” - “Qalatasaray” matçı baş tutmadı

Türkiyə Superkubokunda keçirilməli olan “Fənərbaxça” - “Qalatasaray” superkubok matçı təxirə salına bilər.

Buna səbəb matçın keçiriləcəyi Səudiyyə Ərəbistanında hökumətin meydana komandaların “Atatürk” yazılı köynəklərlə çıxmasına icazə verməməsidir. 

21:45-də başlamalı olan matçın təxirə salınacağı gözlənilir. Hər iki komanda rəhbərliyi “Atatürk” yazılı köynəklərə icazə verilməyəcəyi halda meydana çıxmayacaqlarını bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ