Azərbaycan çempionatında təhlükəli anlar: oyun dayandırıldı - video

Azərbaycan Premyer Liqasının XVIII turunda keçirilən “Turan Tovuz” – “Araz-Naxçıvan” matçı dayandırılıb.

Buta.media-nın xəbərinə görə, buna səbəb güclü külək səbəbindən stadionda işıq dirəyinin aşmasıdır.

Hakimlər və komandalar meydançanı tərk ediblər.

Həmin vaxta hesab 2:1 meydan sahiblərinin xeyrinə idi. Hesabı 5-ci dəqiqədə Xəyal Nəcəfov açıb. 16-cı dəqiqədə Bruno tovuzluların üstünlüyünü iki topa çatdırıb. İkinci hissədə qonaqlar bu qollardan birinin əvəzini çıxıblar. İsmail Azzaoui adını tabloya yazıdırıb. 

Qarşılaşma 82-ci dəqiqədə dayandırılıb. Oyunun təxirə salınacağı gözlənilir.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ