Əliyar Ağayev “Mançester Siti”nin oyununu idarə edəcək

FİFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.

O, Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turu çərçivəsində dekabrın 13-də keçiriləcək “Srvena Svezda” (Serbiya) – “Mançester Siti” (İngiltərə) oyununun baş hakimi olacaq. 

Ona FİFA referi köməkçiləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək. Qarşılaşmanın VAR hakimi Alper Ulusoy (Türkiyə), AVAR isə Abdulkadir Bitigen (Türkiyə) olacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ