Avro 2024-ün mükafat fondu məlum oldu

Avro-2024-ün mükafat fondu 331 milyon avro təşkil edəcək. Bu barədə Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) öz saytında məlumat yayıb.

Hər bir iştirakçı komanda ən azı 9,25 milyon avro alacaq. Bundan əlavə, matçdakı qələbəyə görə bir milyon avro, heç-heçəyə görə isə 500 min avro verilir. Komandaya 1/8 finala çıxmağa görə əlavə 1,5 milyon, 1/4 finala çıxmağa görə 2,5 milyon, yarımfinalaçıxmağa görə isə 4 milyon avro ödəniləcək.

Turnirin finalçısı 5 milyon avro qazanacaq. Avro-2024-ün qalibi 8 milyon avro alacaq. Beləliklə, turnirin qalibinin qazana biləcəyi maksimum məbləğ 28,25 milyon avrodur.

Avropa çempionatı 2024-cü il iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. On şəhər matçlara ev sahibliyi edəcək. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ