Ermənilər sərhədi keçən Elvinin görüntülərini yaydılar - FOTO

Martın 15-dən 16-na keçən gecə yolu azaraq Ermənistan tərəfinə keçən Qazax rayonu, Yuxarı Salahlı kənd sakini İbrahimov Elvin Arif oğlunun görüntüləri yayılıb.
 
Buta.media-nın məlumatına görə, ruhi xəstə olan Elvinin fotolarını Ermənistan mətbuatı yayıb. Fotolar ombudsman Arman Tatoyanın E.İbrahimovu ziyarəti zamanı çəkilib. 
 
Görüş zamanı İbrahimov ailəsi ilə görüşmək istədiyini deyib. Ermənistanın Mili Təhlükəsizlik Xidməti onun ailəsi ilə telefon, məktub və ya video əlaqə yolu ilə ünsiyyət saxlaya biləcəyini bildirib. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ