“Eros-B” müşahidə peykini idarə edən İsrailin “ImageSat İnternational” (ISI) şirkəti Rusiyanın Finlandiya sərhədinə nüvə silahı daşıya bilən Tu-160 və Tu-95 strateji bombardmançı təyyarələrini yerləşdirdiyini aşkar edib.
Bu barədə İsrail mediası yazır.
Şirkət 12 avqust - 25 sentyabr tarixləri arasında çəkilmiş peyk görüntülərini İsrail mediasına təqdim edib. Fotolarda Kola yarımadasında, Finlandiya ilə sərhəddən 100 km aralıda yerləşən Rusiyanın Olenya hərbi hava bazası əks olunub. Görüntülərə əsasən, avqustun 12-də aviabazada heç bir strateji bombardmançı olmayıb.
“ImageSat” hesab edir ki, təyyarələr Saratov vilayətindəki “Engels” aviabazasından Kola yarımadasına yerləşdirilib.