Bu, Üçüncü Dünya Müharibəsinə səbəb olacaq - Zelenski

Ukrayna prezidenti Volodimir Zelenski hesab edir ki, Rusiyanın nüvə silahından istifadə ilə bağlı şantajı fonunda Moskva ilə danışıqlar aparmaq mümkün deyil, çünki bu cür hərəkətlər Üçüncü Dünya Müharibəsinin başlamasına gətirib çıxaracaq.

Zelenski bu barədə Reuters agentliyinə müsahibəsində deyib.

Ukrayna prezidenti Rusiyanın nüvə silahından istifadə edəcəyinə inanmır, lakin Moskvanın hərəkətlərinin gözlənilməz olduğunu hesab edir.

“Ancaq bağışlayın, bu dövlətin edə biləcəyi nədənsə qorxmaq və ona görə razılaşmaya getmək, əldə edə biləcəyiniz ən pis nəticədir. Bu, məhz Üçüncü Dünya Müharibəsinin başlanğıcı deməkdir”, - deyə Zelenski bildirib.

Prezident izah edib ki, nüvə silahından istifadə ilə hədələyən insanlarla dialoq aparmaq mümkün deyil. Eyni zamanda, onun tətbiqi üçün Rusiya siyasətçiləri tərəfindən dilə gətirilən heç bir şərtlər “qulaq asmağa belə ehtiyac yoxdur”.

“Biz bunu kimin dediyini anlamalı və hər şeyi etməliyik ki, bu adam başqasına heç nə deməsin və heç kimi hədələnməsin”, - deyə Zelenski yekunlaşdırıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ